Təyyarə sərnişinlərlə birlikdə binanın üzərinə düşdü - VİDEO

Təyyarə sərnişinlərlə birlikdə binanın üzərinə düşdü - VİDEO

Polşada Hrcinno hava limanında iyulun 17-də axşam saatlarında təyyarə qəzası baş verib. Paraşütlə tullanmaların edildiyi Cessna Caravan düşərək anqara çırpılıb. Bədbəxtlikdən, həmin binaya insanlar yağışdan sığınıblar.
 

Sfera.az bildirir ki, qəza nəticəsində 5 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Varşava polis rəisinin sözçüsü Silvestr Marçak bildirib ki, qəza ilə bağlı ilk məlumat yerli vaxtla saat 19:41-də gəlib.
 

"Hazırda 5 nəfər ölüb, 8 nəfər xəstəxanaya yerləşdirilib. 3 nəfər orta-ağır xəsarət alıb"- deyə Dövlət Yanğından Mühafizə Xidmətinin rəhbəri, Mazovetski Voyevodalığının mətbuat katibi Katarjina Urbanovska bildirib.

 

Hadisə yerində tibbi yardım göstərən tibbi koordinator təyyarənin pilotu da daxil olmaqla 5 nəfərin öldüyünü təsdiqləyib. Həmçinin, 8 nəfər Nowy Dvor Mazowiecki, Plonsk və Pultusk xəstəxanalarına aparılıb. Ən ağır xəsarət alan daha iki nəfər isə vertolyotlarla Varşavadakı travma mərkəzinə və Brodnovski xəstəxanasına aparılıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR