Allahşükür Paşazadəyə yeni müavin TƏYİN OLUNDU

Allahşükür Paşazadəyə yeni müavin TƏYİN OLUNDU

Qafqaz Müsəlmanları İdarəsində iyulun 18-də Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.

 

İdarədən Sfera.az-a verilən xəbərə görə, toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar Müraciəti oxunub və qəbul olunub.

 

Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.

 

İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfat etməsi, səhhəti ilə əlaqədar və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndə, 3 nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib. Qazılar Şurasına 7 nəfər yeni qazı və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin (Bəxtiyar Nəcəfov) təyin olunub.

 

Hicri təqvimi ilə yeni 1445-ci ilin təqviminin, əvvəlki illərdə olduğu kimi, AMEA Şamaxı Astrofizika Rəsədxanasının məlumatları əsasında Azərbaycanın yerləşdiyi üfüq xəttinə uyğun olaraq elmi əsaslarla hazırlandığı bildirilib.


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov polislərə tələb qoydu

Daxili işlər naziri Vilayət Eyvazov polis əməkdaşlarından vətəndaş məmnunluğunun təmin edilməsi, qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. ...

Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu v...

London Kiyevə 5000 zenit raketi tədarük edəcək

Böyük Britaniyanın baş nazirinin müavini Ancela Reyner cümə axşamı Ukraynaya 5 mindən çox “Thales” zenit-raket kompleksinin tədarükü ilə bağlı öncəd...

Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb.   ...

"Range Rover"in yeni loqosu bəyənilmədi

Məşhur britaniyalı avtomobil istehsalçısı Jaguar Land Rover (JLR) 55 illik tarixi olan Range Rover brendi üçün ilk dəfə rəsmi loqo təqdim edib. Lakin şirkətin b...

Yay aylarında avtomobil qəzaları bu səbəblə olur

Yay mövsümü yolları daha da canlandırır. İstirahət səfərləri, turizm axını və hava şəraitinin təsiri ilə nəqliyyat hərəkətində həm sıxlıq artır, həm də yol hərə...