Aİ-nin XİN başçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edəcəklər

Siyasət
16:32 / 18.07.2023
5499
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 20-də Brüsseldə görüşü planlaşdırılır.
Sfera.az-ın məlumatına görə, bu barədə jurnalistlərə avropalı yüksək rütbəli rəsmi şəxs məlumat verib.
Məlumata görə, keçiriləcək görüşdə nazirlər digər məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyi planlaşdırırlar.