Yelo Bank-ın növbəti rəqəmsal filialı Tovuzda! - FOTO

Yelo Bank-ın növbəti rəqəmsal filialı Tovuzda! - FOTO

Yelo Bank filial şəbəkəsini genişləndirməyə və parlaq bankçılıq həllərini əlçatan etməyə davam edir. Bu dəfə Bank rəqəmsal konseptli daha bir filialını Tovuzda istifadəyə verdi. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə bilərlər. Bunlarla yanaşı, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər, pul köçürmələri də etmək mümkündür. Yeni filial Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşir.
 

Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət səviyyəsi təqdim olunacaq: “Xidmət şəbəkəmizi xüsusilə regionlarda genişləndirməyimizin əsas məqsədi ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Bu baxımdan Tovuzda geniş əməkdaşlıq potensialı görürük. Burda da ənənəvi bankçılıq modelindən ayrılıb, müştərilərimizə daha sürətli və daha rahat xidmət göstərməyi hədəfləyirik. Gələcək planlarımıza regionlarda rəqəmsal konseptdə daha bir neçə filial açmaq daxildir. Bununla ölkəmizdə yerli sahibkarlığın, eləcə də nağdsız ödənişlərin inkişafına təkan verəcəyimizə inanıram”.


Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan və Qəbələ filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın 18 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.
 

Onlayn kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
 

Yelo Bank – Parlaq bankçılıq!


OXŞAR XƏBƏRLƏR

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...