Avropa Parlamentindən Türkiyəyə ÇAĞIRIŞ: "Erməni soyqırımını tanıyın"

Avropa Parlamentindən Türkiyəyə ÇAĞIRIŞ:

Avropa Parlamentinin Komitəsi Ankaranı erməni soyqırımını tanımağa çağırıb. 


Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Aİ-dəki nümayəndəliyi məlumat yayıb.

 

Aİ-dəki Türkiyə Komitəsinin Ermənistan və Türkiyə arasında münasibətlərin “barışıq, regional sabitlik və təhlükəsizlik” maraqları naminə normallaşmasının tərəfdarı olduğu bildirilib.

 

O, iki ölkə arasında hava məkanının və sərhədin açılması kimi xüsusi nümayəndələrin əldə etdiyi razılaşmaların tezliklə həyata keçirilməsinə çağırış edib.

 

“Komitə türk və erməni xalqları arasında həqiqi barışığa yol açmaq üçün Türkiyəni “erməni soyqırımını” tanımağa çağırır...”, - məlumatda deyilir.

 

Sənəddə həmçinin Türkiyə erməni mədəni irsinin qorunması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə çağırılır.

 

İnci


OXŞAR XƏBƏRLƏR