Su Polisi və DSX qanunsuz balıq ovu ilə bağlı əməliyyat keçirdi - VİDEO

Su Polisi və DSX qanunsuz balıq ovu ilə bağlı əməliyyat keçirdi - VİDEO

Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları ilə birgə növbəti profilaktik tədbir həyata keçirib.

 

Sfera.az xəbər verir ki, tədbir zamanı Neftçala rayon sakinləri Zahir Cəfərov və Telman Məmmədov Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan zaman saxlanılıblar.

 

Onlardan bir ədəd “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovundan istifadə olunan 5 ədəd 150 metr uzunluğunda tor, digər qadağan olunmuş balıq ovu alətləri və 262 ədəd kefal balığı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı bu şəxslərin su bioresurslarından qanunsuz olaraq istifadə etmələri nəticəsində ekologiyaya 3000 manat maddi ziyan vurduqları müəyyən edilib.

 

Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsi araşdırmalar aparılır.

 

Qeyd edək ki, hazırda balıqların kürə verən vaxtı olduğu üçün balıqovlama mövsümü müvafiq dövlət orqanları tərəfindən sentyabr ayına qədər dayandırılıb. Amma aparılan araşdırmalar zamanı müəyyən edilib ki, körpə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe, restoran və digər ictimai iaşə obyektlərinin sahibləri tərəfindən sifariş edilir. Qeyd edilən obyektlərin sahiblərinə xəbədarlıq edilərək bildirilir ki, bu hallar təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanununauyğun olaraq ciddi tədbirlər görüləcək.

 

Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

 

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 


OXŞAR XƏBƏRLƏR

Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi- VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Rusiyadan Hindistan və Pakistana çağırış

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüş keçirib. &nb...

Azərbaycanın idman gimnastı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya Kubokunun qalibi olub.   Sfera.az xəbər verir ki, milli üzvü 6 mərhələnin yekunlarına əsasən halqala...

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.   Sfera.az paylaş...

İkardidən Wanda Naranı qıcıqlandıracaq paylaşım

"Qalatasaray" azarkeşlərinin yenidən meydana qayıtmasını səbirsizliklə gözlədiyi Mauro İkardi həm karyerasında, həm də şəxsi həyatında xoşbəxt günlər ...

Donald Tramp Virciniya Giuffrenin ölümü ilə bağlı açıqlama verdi - FOTO

ABŞ prezidenti Donald Tramp 41 yaşlı Virciniya Giuffrenin ölümünü “dəhşətli” adlandırıb.   Sfera.az bildirir ki, Tramp bunu Nyu-Cersi hava ...