Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO

Siyasət
11:18 / 18.07.2023
5681
Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Ələsgər Əliyev təqaüdə göndərilib.
Sfera.az-a xəbər verir ki, hakimin yola salınması münasibətilə tədbir keçirilib.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında qeyd edib ki, Ələsgər Əliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib, 2008-ci ildən isə Ali Məhkəmənin hakimi təyin olunub. O, ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib.
Sonda təqaüdə Ələsgər Əliyevə Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.