Sülh müqaviləsi Moskvada imzalanacaq? - Kremldən Bakıya və İrəvana ÇAĞIRIŞ

Sülh müqaviləsi Moskvada imzalanacaq? - Kremldən Bakıya və İrəvana ÇAĞIRIŞ

Kreml Bakı və İrəvan arasında sülh müqaviləsini müzakirə etmək üçün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Rusiya Xarici İşlər Nazirliyinin adından yayılan məlumatda aşağıdakılar qeyd olunub:

 

“Rusiya tərəfi sazişlərin yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün yaxın gələcəkdə Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib. Azərbaycan, Ermənistan və Azərbaycan liderlərinin yuxarıda qeyd olunan sənədi imzalamaq üçün Moskvada görüşü olacaq”, - məlumatda deyilir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR