Türkiyədən qovulan reper Bakıda tamaşaçıları belə təhqir etdi - VİDEO

Türkiyədən qovulan reper Bakıda tamaşaçıları belə təhqir etdi - VİDEO

Xəbər verdiyimiz kimi, mahnılarında narkotiki təbliğ etdiyi üçün Türkiyədən deportasiya edilən reper Asya Əlizadə Bakıya gəlib. O, bir neçə gün əvvəl paytaxtda məkanların birində səhnəyə çıxıb.

 

Sfera.az "Axşam.az"a istinadən məlumatına görə, gecədən yayılan video qalmaqala səbəb olub. Belə ki, reper səhnəyə çıxaraq tamaşaçıları təhqiramiz formada salamlayıb. O, səhnədə "mən, çantam və... (qeyri-etik ifadə) sizi salamlayırıq" sözlərini deyib.

 

Sosial şəbəkə izləyiciləri isə onun bu sözlərini tənqid ediblər.

 

Həmin videonu müğənni Nadir Qafarzadə də yayımlayıb. İfaçı "Belə konsert ancaq bizdə ola bilər. Qorxuram sabahdan bizim müğənnilər arasında trend ola. Tamaşaçılara da lap ləzzət elədi" sözlərini yazıb.

 

Onun paylaşımına şərh yazan Əməkdar artist Könül Kərimova "Bizdə belə deyil ki? Sadəcə, dilə gətirmirlər" deyə, bildirib.

 

Aparıcı Sərxan Kərəmoğlu isə "Elələri bizdə var, deməyə nə var ki... Onu göstərmək lazımdır. Bizdə onu gözə soxurlar" cavabını verib.

 

Qeyd edək ki, İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları Əlizadənin kliplərini araşdırıblar. Məlum olub ki, Əlizadə "Estafurla" mahnısında ingilis dilində “marixuana kimi” ifadəsini işlədib. Polislər saxlanılma qərarı verilən Asyanı Ataşehir səmtindəki evindən nəzarətə alıblar. Əlizadə ifadə verdikdən sonra sərbəst buraxılıb. Daha sonra reper xarici vətəndaş olduğu üçün ölkəsinə göndərilmək qərarı ilə göndəri mərkəzinə təslim edilib. Amma ifaçı lazımlı imzaları atmaq üçün polis idarəsinə getməyib. O, yenidən polislər tərəfindən Ataşehirdəki evindən nəzarətə alınıb. Onun polis idarəsindəki sənəd işləri tamamlandıqdan sonra ölkəsinə göndərilməsi üçün miqrasiya idarəsinə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: 26 iyun saat 00:00-dan...

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara ve...

Dövlət qulluqçularının reyestri ilə bağlı yeni CƏRİMƏLƏR

  Dövlət qulluqçularının reyestrinin aparılması qaydasının pozulmasına dair cərimələr müəyyənləşdirilir.   Sfera.az xəbər verir ki, bu məsələ...

Bu şəxslər cərimə ediləcək

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...

Nikahın qeydə alına bilməməsi ilə bağlı bu qayda ləğv edilir

Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından “ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə ...

QHT-lərə bank əməliyyatları aparmaq qismən qadağan edildi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi qaydalarında dəyişiklik edilir.   Sfera.az xəbər verir ki, bu, Mill...

Leyla və Arzu Əliyevalar Xızıda bu ailənin qonağı oldular- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna ...