Sunami təhlükəsi - Alyaska sahillərində güclü zəlzələ qeydə alınıb

Sunami təhlükəsi - Alyaska sahillərində güclü zəlzələ qeydə alınıb

Ötən gün Alyaska sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.


Sfera.az bildirir ki, bu barədə iyulun 16-da ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.


Agentliyin məlumatına görə, zəlzələ 9,3 kilometr dərinlikdə baş verib. Daha sonra mütəxəssislər dərinlik səviyyəsini yenidən nəzərdən keçirib və episentrin 32,6 km olduğunu bildiriblər.
 

Yeraltı təkanlar təkcə Alyaska sahillərində deyil, Aleut adalarında və Kuk İnletdə də hiss olunub. Mütəxəssislər sunami təhlükəsi barədə xəbərdarlıq ediblər.
Milli Sunami Xəbərdarlıq Mərkəzi təhlükənin yüksək səviyyədə olduğunu bildirib. Sunami xəbərdarlığı bütün Alyaska yarımadası və xüsusilə onun cənub sahilləri üçün qüvvədədir (Homerdən cənub-qərbdə 64 km məsafədə və Unalaskadan 128 km şimal-şərqdə olan ərazilərdə).


Şimali Amerikada ABŞ və Kanadanın digər Sakit okean sahilləri üçün sunami təhlükəsi səviyyəsi təxmin edilir. Əlavə məlumaım daha sonra açıqlanacağı bildirilib.


Adada həmçinin Şişaldin vulkanı püskürüb.
 

Alyaskanın Aleut adalarında Şişaldin vulkanı aktivləşib. Bu, əhəmiyyətli bir kül buludunun püskürməsi ilə nəticələnib. Alyaska Vulkan Rəsədxanasının məlumatına görə, püskürmə çərşənbə axşamı günü başlayıb, bunu ABŞ Sahil Mühafizəsi yerüstü kraterdən lava püskürməsini izləyən uçuş da təsdiqləyib. “Partlayış” nəticəsində kül buludu 12,2 kilometr hündürlüyə qalxaraq Sakit Okeanın üzərindən cənuba doğru qaçıb. Milli Meteoroloji Xidmət pilotlara vulkan külünün mümkün təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
 

Qeyd edək ki, Şişaldin vulkanı Aleut adalarının ən böyüyü Unimak adasında, Ankoricdən 1092 kilometr cənub-qərbdə yerləşir. Ən böyük püskürmə 1999-cu ildə olub. Bu zaman, kül sütununun hündürlüyü 13,7 kilometrə çatıb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...

Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir”

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimiz arasındakı əlaqələrin inkişa...

Avro ucuzlaşdı, bu valyuta isə bahalaşdı - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az xəbər verir ki, 2025-ci il aprelin 30-da ABŞ dollarının məzənnəsi ...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ olub.   Sfera.az xəbər verir ki, Muğla şəhərində 3,7 bal gücündə zəlzələ olub, Kütahyada silkələnib.   Kandill...