Ermənistanda rüşvət alan polislərə bu cəza verildi

Ermənistan Yol polisinin üç müfəttişi rüşvət götürdüyünə görə ev dustaqlığına yerləşdirilib.
Sfera.az trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Komitənin məlumatına görə, müfəttişlər K.M., A.A və K.A. 8-21 dekabr 2022-ci il tarixləri ərzində yol hərəkəti qaydalarının pozulmasına görə inzibati protokol tərtib etməməyi təklif edərək, 50-dən çox sürücüdən min (2 dollar) dramdan 20 min drama (50 dollar) qədər rüşvət tələb edib və alıblar.
Onlar Ermənistan Cinayət Məcəlləsinin 435-ci (rüşvət alma) maddəsinin 2-ci hissəsinin 1 və 3-cü bəndləri ilə ittiham olunurlar. Barələrində həbs qətimkan tədbiri seçilib. Daha sonra ev dustaqlığına buraxılıblar.
Cinayət işi üzrə istintaq başa çatıb. İşin materialları ittiham aktı ilə birlikdə təsdiqlənərək məhkəməyə göndərilməsi haqqında vəsatətlə prokurora göndərilib.