İlqar Məmmədov “partiyanı buraxmalıyıq” dedi – Ədliyyə Nazirliyi saxta üzvləri ifşa etdi

İlqar Məmmədov “partiyanı buraxmalıyıq” dedi – Ədliyyə Nazirliyi saxta üzvləri ifşa etdi

Ədliyyə Nazirliyindən REAL partiyasının qeydiyyatla bağlı müraciətinə cavab verilib.

 

Sfera.az-ın məlumatına görə, partiyanın sədri İlqar Məmmədov nazirliyin təqdim etdikləri üzvlərin siyahısı ilə bağlı araşdırma apardığını bildirib. O, təqdim etdikləri siyahının nazirlik tərəfindən qəbul edilmədiyini və partiyaya 30 gün vaxt verildiyini deyib:

 

“Ədliyyə Nazirliyindən rəsmi cavab aldıq. Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisin nömrəsi göstərilib, bunu isə məqbul saymırlar. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu.

 

Qanuna əsasən, növbəti 30 gün ərzində, ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq”.


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...