Azərbaycanda hakerlərə qarşı ƏMƏLİYYAT: Həbs edilənlər var - VİDEO

Azərbaycanda hakerlərə qarşı ƏMƏLİYYAT: Həbs edilənlər var - VİDEO

Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum olması barədə Daxili İşlər Nazirliyinə məlumatlar daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və tətbiqi proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi və koordinat məlumatları təyin edilib.

 

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş etməyə müvəffəq olmaqla ələ keçirdikləri məlumatları 60.000 manata satarkən saxlanılıblar.


Onlar məlumat axınının davamlığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10.000 manat ödəniş tələb ediblər.

 

Faktla bağlı AR CM-in 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter sisteminə qanunsuz daxil olma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...

Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir”

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimiz arasındakı əlaqələrin inkişa...

Avro ucuzlaşdı, bu valyuta isə bahalaşdı - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az xəbər verir ki, 2025-ci il aprelin 30-da ABŞ dollarının məzənnəsi ...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ olub.   Sfera.az xəbər verir ki, Muğla şəhərində 3,7 bal gücündə zəlzələ olub, Kütahyada silkələnib.   Kandill...