"Tibb işçilərinin əməkhaqqını yüksəltməyi planlaşdırırıq" - AÇIQLAMA

"Gələcəkdə tibb işçilərinin aylıq əməkhaqqını yüksəltməyi planlaşdırırıq."


Sfera.az xəbər verir ki, bunu TƏBİB-in strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə bildirib. Qurum rəsmisi əməkhaqqının artırılmasının iş səmərəliliyinə təsir edəcəyini deyib:


"TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əmək haqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb.

 

Qeyd edilən artım ölkə üzrə əhalinin orta aylıq əmək haqqından 1.5 dəfə yüksəkdir. Avropada bu rəqəm orta aylıq əmək haqqına nisbətlə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır. 

 

Əməkhaqlarının artırılması TƏBİB tabeli tibb müəssisələrində çalışan səhiyyə işçilərinin maddi rifahının yüksəldilməsinə, onların sosial müdafiələrinin gücləndirilməsinə, habelə peşəkarlıq səviyyəsinin və səriştələrinin inkişaf etdirilməsi istiqamətində daha fəal olmasına səbəb olub".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR