"Qarabağ" sabiq futbolçusunu geri QAYTARDI

İdman
20:03 / 16.07.2023
7566
"Qarabağ" sabiq futbolçusu Rəşad Sadiqovu kluba qaytarıb.
Belə ki, veteran yarımmüdafiəçi bundan sonra ağdamlıların Futbol Akademiyasında məşqçi kimi çalışacaq.
Sadiqov futbolçu kimi "Qarabağ", "Neftçi", "Qəbələ""Xəzər Lənkəran" və "Şəfa" kimi klubların şərəfin qoruyub.
Milli komandamızın sabiq üzvü "Keşlə"də (indiki "Şamaxı") və AFFA-nın elit qruplarında məşqçi kimi çalışıb.
Daha əvvəl "Köhlən atlar"ın sabiq yetirməsi Aftandil Hacıyevi akademiyanın koordinatoru təyin etdiyini də bildirək.