Cəbrayılda yol qəzası - Ölən var

Cəbrayılda yol qəzası - Ölən var

Cəbrayıl rayonunda pikap piyadanı vuraraq öldürüb.

 

Sfera.az xəbər verir ki, hadisə ötən gün baş verib.

 

Məlumata görə, 1985-ci il təvəllüdlü İbayev Vüsal Aqil oğlu idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndinin 84-cü kilometrliyində piyada 1979-cu il təvəllüdlü Ağayev Nahid Mirhəbib oğlunu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR