Yeni nazir müavini təyin olunan Ramin Məmmədov kimdir? - DOSYE

Yeni nazir müavini təyin olunan Ramin Məmmədov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi İsmət Kərimov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin  müavini vəzifəsindən azad edilib. İmzalanan digər sərəncamla Ramin Ramiz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini vəzifəsinə təyin olunub. Bizim.Media yeni nazir müavininin kimliyi və əvvəllər hansı vəzifələrdə çalışdığını araşdırıb.

 

Ramin Məmmədov 17 iyul 1978-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2000-ci ilin avqust ayından Prezidentin Xüsusi Dövlət Mühafizə Xidmətinin təhlükəsizlik idarəsində çalışıb.

 

Fəaliyyətini 2008-ci ildən 2011-ci ilə qədər Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsində davam etdirib. 2011-ci ildə isə Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin əməliyyatların idarə edilməsi və planlaşdırılması idarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Ramin Məmmədov Fövqəladə Hallar Nazirliyinin polkovnikidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 avqust tarixli 966 nömrəli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

 

Ailəlidir, üç övladı var.

undefined


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...