Hacı Nurana yüksək VƏZİFƏ VERİLDİ

Hacı Nurana yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycanın tanınmış aparıcısı Hacı Nurana yüksək vəzifə verilib. Teleaparıcı “Xarıbülbül-Şuşa” voleybol klubunun prezidenti seçilib.

 

Sfera.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat verib.

 

“Bu gün bu ali missiya mənə həvalə olundu. Olduqca gözlənilməz qərar idi. Qürurluyam və sevincliyəm. Etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışacağam. Əminəm ki, bundan sonra «Xarıbülbül» adına olan voleybol klubunun sorağı bütün dünyanın arenalarından gələcək. Etimad və güvən hər bir insan üçün vacibdir. Demək ki, gördüyün işlər, çəkdiyin zəhmət əbəs deyilmiş. Bu dəqiqələrdə həyatımın ən böyük etimadlarından biri ilə qarşılaşdım. “Xarıbülbül- Şuşa” voleybol klubunun prezidenti seçildim. Olduqca gözlənilməz, amma xoş bir təklif oldu. Qəbul etdim. Vətənimin dilbər guşələrindən olan doğma Qarabağımızın simvolu olan Xarıbülbül adına bir komandanın prezidenti olmaq mənim üçün ancaq qürurvericidir”.

 

Hacı Nuran paylaşımında onu da əlavə edib ki, peşəkar voleybolçulardan ibarət klubun yaradılmasında əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir:


“Komandanın hədəfi Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbülü beynəlxalq arenada tanıtmaq, daşıdığı formanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir. Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komanda ötən il Macarıstanda keçirilən təlim-məşq toplanışında iştirak edib və yoxlama oyunlarında qələbə qazanıb”.

 

Qeyd edək ki, klubun təsisçisi beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi İlqar Tofiq oğlu İmamquliyevdir.


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...