Azərbaycanda bu yaşdan aşağı nikaha qəti QADAĞA QOYULACAQ

Azərbaycanda bu yaşdan aşağı nikaha qəti QADAĞA QOYULACAQ

"Getdikcə cəmiyyətdə fikirlər daha da genişlənir ki, 18 yaşdan aşağı nikaha icazə verilməsin. Biz bu məsələni qaldırmışıq. Yerlərdə icra hakimiyyəti orqanları da nikah yaşının azaldılması ilə bağlı hazırkı istisnanın vəziyyətə mənfi təsir etdiyini təsdiqləyirlər".

 

Sfera.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

 

O qeyd edib ki, qanunvericiliyə dəyişiklik etmək kifayət qədər vaxt və iradə tələb edən prosedurdur.

 

"Biz hazırda "Ailə Məcəlləsi"nin müvafiq maddəsində əksini tapan normanın aradan qaldırılması üçün bütün əlaqədar tərəflərin rəyini əldə etməklə yanaşı cəmiyyətdə də geniş maarifləndirmə işinin aparılmasına üstünlük veririk.

 

Hesab edirəm ki, qanuna dəyişiklik mütləq olmalıdır və 18 yaşdan aşağı nikaha istisna hallarda belə icazə verilməsinə son qoyulmalıdır.

 

Belə təkliflər həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də ekspertlər tərəfindən aktiv şəkildə irəli sürülür. Bunu bizim son 3 ildə apardığımız təhlillər və tədqiqatların nəticələri də sübut edir.

 

Ənənəvi və rəqəmsal media orqanları isə bu prosesdə böyük rola malikdir.

 

İnanıram ki, birgə səylərimiz nəticəsində bu məqsədə nail olacağıq", - deyə B.Muradova əlavə edib.

 

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır

Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.   Sfera.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib. ...

Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.   Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat v...

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...