“Vaqner” Ukraynadan Belarusa geri ÇƏKİLDİ

Dünya
17:51 / 15.07.2023
6169
Ukrayna sərhədçiləri Belarus ərazisində “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin ayrı-ayrı qruplarını qeydə alıblar.
Sfera.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko məlumat verib.
“Hazırda mövcud olan məlumatlara görə, Rusiya ərazisini tərk edən özəl hərbi şirkətlərin müəyyən qrupları Belarusda müşahidə olunmağa başlayıb”, - deyə DSX-nın nümayəndəsi bildirib.
O qeyd edib ki, hazırda sərhədçilər muzdluların yerləşdirildiyi yeri və onların sayını dəqiqləşdirmək üçün vəziyyətə nəzarət edirlər.