Co Bayden Londonda – Kral III Çarlzla GÖRÜŞDÜ

Co Bayden Londonda – Kral III Çarlzla GÖRÜŞDÜ

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya taxt-tacının yeni sahibinin müəyyənləşməsindən sonra Londona ilk rəsmi səfər edib. 


Sfera.az xəbər verir ki, Bayden Litvada mühüm NATO sammitində iştirak etdikdən sonra birbaşa Londona, Kral III Çarlzla görüşə gedib.


Çarlz may ayında taclandıqdan sonra bu, onların ilk şəxsi görüşü olub. Ancaq görüşdə Baydenin tacqoyma mərasimində iştirak etməməsi ilə bağlı heç bir inciklik hiss edilməyib, Kral qonağı fəxri qarovulla, səmimiyyətlə qarşılayıb. 


Görüşdən əvvəl monarx və prezidentin bazar ertəsi nəyi müzakirə edəcəyi məlum olub. 


İqlim dəyişikliyi iki ölkənin dövlət başçılarının müzakirə etdiyi əsas məsələ olacaq. 


Analitiklər müzakirə ediləcək mövzunun öncədən bilinməsini tənqid ediblər. Çarlzın mərhum anası hakimiyyəti dövründə görüşdüyü 12 ABŞ prezidenti ilə nəyi müakirə edəcəyini heç zaman öncədən açıqlamayıb. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mən...

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır

Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.   Sfera.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib. ...

Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.   Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat v...

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...