Sərxoş halda avtoxuliqanlıq etdi, saxlanıldı - FOTO

Sərxoş halda avtoxuliqanlıq etdi, saxlanıldı - FOTO

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları keçirdikləri tədbirlərlə sutkanın qaranlıq vaxtında özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan rayon sakini Ruslan Mustafayev saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Goranboy rayonunun mərkəzi küçələrində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

 

Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb. Sürücü sərxoşluq müayinəsindən keçən zaman onun spirtli içkinin təsiri altında avtomobil idarə etməsi məlum olub.

 

R.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 10 sutka müddətinə inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Qarabağ və Şərqi Zəngəzura ayrılacaq vəsaitin həcmi...

2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 mil...

Sumqayıtda şagirdlər məktəbdə zəhərləniblər? - AÇIQLAMA

Sumqayıt şəhəri 14 saylı ümumi təhsil müəssisəsində 6-cı sinifdə oxuyan iki şagird sentyabrın 23-də dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikl...

DYP-dən xəbərdarlıq: Bu yol 2 ay bağlı olacaq!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrinin sol...

Baş nazirdən müjdə: 2 milyondan çox vətəndaş...

2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.   Sfera.az Nazirlər Kabinetinə isti...

Azərbaycan yeni minaatan istehsal etdi

Azərbaycan yeni minaatan istehsal edib.   Sfera.az axar.az-a istinadən bildirir ki, çapı 60 mm minaatan ilk dəfə bu gün Bakıda keçirilən ADEX-20...

Hökumət gələn ilin büdcə layihəsiniPrezidentətəqdim edəcək

Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç...