“Dünya portağal şirəsi çatışmazlığı ilə üzləşib” – “Bild”

Dünyada ilk dəfə olaraq qlobal bazarlarda portağal şirəsi çatışmazlığı yaranıb.
Sfera.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, buna səbəb dünyanın ən böyük məhsul tədarükçüsü olan Braziliyada portağal istehsalının azalmasıdır. Braziliyada istehsalın azalması Avropada bu məhsuldan alınan şirələrin qiymətinin kəskin artmasına səbəb olur.
Son məlumatlara görə, Braziliyada portağal suyu konsentratının təxminən 90%-i Avropaya ixrac edilir.
Braziliya ilə yanaşı böyük miqdarda portağal istehsal edən ABŞ, Meksika və İspaniyada da yığılan məhsul azalıb.
Mütəxəsislər portağal istehsalının azalmasını quraqlığın artması və bitkilərə xəstəliyin düşməsi ilə əlaqələndirirlər. Ekspertlər proqnozlaşdırır ki, mövcud şəraitdə Avropada və dünyada portağal şirəsi kəskin bahalaşacaq, hətta piştaxtalarda bu məhsulu tapmaq çətinləşəcək.
Vasif