Xudayar Yusifzadənin anası oğlunun şəhadətə ucaldığı yerdə - VİDEO

Xudayar Yusifzadənin anası oğlunun şəhadətə ucaldığı yerdə - VİDEO

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova oğlunun doğum günündə onun şəhid olduğu torpaqları ziyarət edib.

 

Sfera.az xəbər verir ki, övladının son nəfəsini verdiyi, sonuncu mahnısını oxuduğu Zəngilanı, Arazqırağı əraziləri gəzən ana bu torpaqların onun üçün müqəddəs olduğunu deyib.

 

Şəhid anası bildirib ki, əvvəl Ağalı kəndinin yanından keçəndə bütün kənd qapqara idi, sanki bütün şəhidlərə ağlayırdı. Amma indi Ağalıda quruculuq işləri gedir: “Ağalı sürətlə gözəlləşir. Biz bunu görəndə sevinirik. Allah bütün şəhidlərin ruhunu şad eləsin. Qoy onların qanları tökülən torpaqlar gülə-çiçəyə bürünsün”.

 

Qeyd edək ki, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadə 1998-ci il iyulun 15-i Bərdə şəhərində anadan olub. 2020-ci il oktyabrın 22-si Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub.

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...

Qiyməti əl yandıran göycə nə vaxt ucuzlaşacaq?

Göycə Naxçıvanda ən sevilən meyvələrdən biridir.   Adını yetişməmiş dərildiyinə görə alan meyvənin qiyməti satışa yeni təqdim edildiyi üçün hazırda ə...

53 şagird qidadan zəhərləndi - Türkiyədə

Türkiyədə 53 şagird qidadan zəhərlənib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Gül...

Dəmrov olan hissəyə molla duası….- Biabırçılıq+VİDEO

Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.   Sfera.az  xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pedia...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...