Bu gün Brüsseldə üçtərəfli görüş olacaq

Siyasət
10:20 / 15.07.2023
3975
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə işgüzar səfərə gedib.
Sfera.az xəbər verir ki, səfər çərçivəsində bu gün Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) planlaşdırılır.
Görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması və region üçün digər mühüm məsələlər ilə bağlı fikir mübadiləsi aparılacaq.