Koçaryanın və ailə üzvlərinin əmlaklarına həbs qoyuldu

Koçaryanın və ailə üzvlərinin əmlaklarına həbs qoyuldu

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana və yeddi ailə üzvünə məxsus əmlaklara həbs qoyub.

 

Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin Baş Prokurorluğu xəbər yayıb.

 

Qeyd olunur ki, Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirə Edilməsi İdarəsi müsadirə ilə bağlı məhkəməyə müraciət edib, məhkəmə iyulun 13-də qərar qəbul edib. Nəticədə R.Koçaryanın, onun həyat yoldaşının, uşaqlarının və onların da həyat yoldaşlarının əmlakına qarşı ilkin müvəqqəti tədbirlər görülüb.

 

Söhbət 20 daşınmaz əmlak, 2 nəqliyyat vasitəsi, ümumi məbləği 1,5 milyon dollar olan vəsait və 10 milyard dramlıq qiymətli kağızlardan, həmçinin R.Koçaryanın ölkədəki və xarici şirkətlərdəki paylarından gedir.

 

Xatırladaq ki, R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub.


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...