"Putin taxıl sazişinin uzadılmasına razılıq verdi" - Ərdoğan

Rusiya prezidenti Vladimir Putin Ukrayna ərzaq məhsullarının ixracına icazə verən Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsinə razılıq verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

"Bildiyiniz kimi, biz avqustda Putini Türkiyədə qəbul etməyə hazırlaşırıq. Biz artıq Qara dəniz taxıl dəhlizinin davam etdirilməsi ilə bağlı razılığa gəlirik", o deyib.

 

Ərdoğan həmçinin qeyd edib ki, BMT-nin baş katibi Antonio Qutyerreş Putinə Qara dəniz "taxıl sazişi”nin saxlanılması təklifi ilə məktub göndərib.

 

"Bu məktubla biz və Rusiyanın birgə səyləri ilə taxıl dəhlizinin davam etdirilməsinə zəmanət veririk. Beləliklə, biz Putinlə birlikdə olduğu kimi, inkişaf etməmiş kasıb Afrika ölkələrinin problemlərini də həll etməyə davam edəcəyik", deyə Türkiyə prezidenti əlavə edib. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...