Şuşada Vaqif Poeziya Günləri başlayır - FOTO

Siyasət
16:27 / 14.07.2023
11618
Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.
Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.
Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.
Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq.
Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.