Brüssel görüşü öncəsi iki mühüm hadisə: Separatçılar aksiya keçirdi, Bakı bu təklifi verdi

Brüssel görüşü öncəsi iki mühüm hadisə: Separatçılar aksiya keçirdi, Bakı bu təklifi verdi

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək. Görüşün gərgin atmosferdə keçəcəyi indidən bəllidir.

 

Bu gün baş verən iki mühüm hadisə də bunu deməyə əsas verir.

 

Birincisi, məlum olduğu kimi, separatçılar Xankəndidə aksiyaya başlayıb. Separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan dünən axşam videomüraciət yayıb və “hamını” meydana çağırıb. Bundan başqa, aksiyada separatçıların “başçısı” Arayik Arutyunyan da iştirak edib.

 

İkincisi, bu gün səhər saatlarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Drogan Kojiçlə görüşüb. Görüş zamanı Azərbaycanın Qırmızı Xaç Komitəsinə Ağdam-Xankəndi yolu ilə Qarabağa humanitar yardımların aparılması təklifi edilib. Aydın məsələdir ki, Brüssel görüşü öncəsi Xankəndidə aksiyanın keçirilməsi təsadüfi deyil. Mümkündür ki, aksiyanın sifarişi İrəvandan gəlib.

 

Məsələ ondadır ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə çıxışı zamanı Brüsseldə baş tutacaq görüşün 15 iyulda keçiriləcəyini bildirdi. Paşinyanın açıqlamasının ardınca Qurgen Nersisyanın videomüraciət yayması və “hamını” meydana çıxmağa çağırması da bunu təsdiqləyir. Ermənistan bu yolla Brüssel görüşündə üstün mövqedə olmaq istəyir. Paşinyan hər nə qədər Azərbaycanın ərazi bütövlüyünü tanısa da, ən yaxşı halda Qarabağ ermənilərinə statusun verilməsinə çalışır. Bunu isə Brüssel görüşü öncəsi aksiya şousu ilə aqrumentləşdirir. Lakin Paşinyanın bu şousu nə Bakının mövqeyini, nə də görüşün gündəliyini dəyişəcək. Məsələ ondadır ki, rəsmi Bakı İrəvanın nə etmək istədiyini yaxşı bilir. Buna görə də əks həmlə ilə cavab verdi. Söhbət Ceyhun Bayramovun Drogan Kojiçlə görüşündən gedir. Rəsmi Bakı Qarabağdakı erməni əhalisinin ərzaq təminatını həyata keçirə biləcəyi təklifini yenidən irəli sürüb. Prinsip etibarilə bu ən məqbul təklifdir.

 

Belə ki, Qırmızı Xaç Komitəsinin Bərdə şəhərində nümayəndəliyi və müvafiq resurs bazası var. Bərdədən Ağdama 45 kilometr, Ağdamdan Xankəndinə olan isə məsafə 26 kilometrdir. Yolun ümumi uzunluğu 71 kilometrə bərabərdir. İrəvandan Xankəndiyə yol isə 330 kilometrdir. Bakı bu addım ilə ermənilərin Brüssel görüşü öncəsi arqument və iddialarını məhv edir. Bununla belə, baş verən son iki hadisə fonunda görüşün gərgin atmosferdə keçəcəyi bəllidir.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb oldu - Ölən var

Ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hər...