Azərbaycanda arvadından şübhələnən kişi çarpayının altına diktafon qoydu və ... - ŞOK TƏFƏRRÜAT

Azərbaycanda arvadından şübhələnən kişi çarpayının altına diktafon qoydu və ... - ŞOK TƏFƏRRÜAT

Balakən rayonunda arvadının xəyanətindən şübhələnən şəxs onu bıçaqlayıb.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Hənifə kəndində baş verib. 1976-cı il təvəllüdlü N. İslamov (soyad şərtidir) həyat yoldaşı, 35 yaşlı R.Musayevaya (soyad şərtidir) bıçaqla ağır xəsarət yetirib. Qadın xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

 

Araşdırmalar zamanı hadisənin xəyanət şübhəsinə görə törədilməsi üzə çıxıb. Barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış N.İbrahimov ifadəsində deyib: "R.Musayeva ilə 2007-ci ildə evlənmişəm. Həyat yoldaşım 2021-ci ilin yayından Balakəndə bazarın ərazisindəki çörək sexində işləməyə başladı. Həmin ərəfədə həyat yoldaşımın işlətdiyi mobil telefonuna baxdıqda telefonuna daxil olan və çıxan zənglərin silindiyini görürdüm, bu da məndə şübhə yaratdı. Həm də həyat yoldaşım mənə çox soyuq davranırdı, bu da şübhələrimi artırdı. Bu səbəbdən onun kimlərlə əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək qərarına gəldim 2023-cü il yanvarın 6-da səhər öz telefonumun səsyazan funksiyasını açıb yataq otağımızda çarpayının altına qoydum. Bir neçə saatdan sonra telefonumu götürüb səs yazılarını dinlədim. Gördüm ki, səslərdə televiziya proqramlarında danışılanlar səslərlə yanaşı, tanımadığım kişi səsi də var. Lakin həmin şəxsin kim olduğunu bilmədim və bu səbəbdən arvadımın mənə xəyanət etdiyini düşünüb onu cəzalandırmaq qərarına gəldim. Yanvarın 12-də bu haqda düşündüklərimi ona dedim. Səs yazılarını ona dinlədib həmin kişi səsinin kimə aid olduğunu soruşdum. O isə israrla bunu inkar edərək mənə xəyanət etmədiyini bildirdi. Mən də əsəbləşərək başımla onun sifətinə zərbə vurdum. Onun dodağından qan axmağa başladı. O, üzünü tutub çarpayının üstünə yıxıldı. Mən də stolun üstündəki mətbəx bıçağını götürüb əvvəlcə onun gözünə, ardınca çiyninə, daha sonra isə digər nahiyələrinə vurdum".

 

N.İslamov arvadını bıçaqladıqdan sonra ona kömək etməyə başlayıb və qanını yuyaraq onu xəstəxanaya yola salıb. Özü isə polisə gedərək təslim olub.

 

Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan bıçaqlanan qadın ərini bağışladığını deyib və ondan şikayətçi olmayıb.

 

Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə arvadını bıçaqlayan qısqanc kişiyə 2 il müddətinə həbs cəzası təyin edilib.

News24.az

OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...