“Xeyr, uşaqlar buna razı deyil..." - Putin Priqojinlə Kremldəki görüşündən DANIŞDI

“Xeyr, uşaqlar buna razı deyil...

Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq “Vaqner” özəl hərbi şirkətinin (PMC) təsisçisi Yevgeni Priqojin və bu qrupun komandirləri ilə görüşün təfərrüatlarını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Putinin sözlərinə görə, görüşdə o, özəl hərbi şirkətin nümayəndələrinə bir neçə iş variantını, o cümlədən birbaşa Sedoy ləqəbli komandirin rəhbərliyi altında işləməyi təklif edib.

 

Dövlət başçısı qeyd edib ki, bu barədə danışanda orada olanların çoxu başını tərpədib. Amma Yevgeni Priqojin prezidentin təklifindən imtina edərək “Xeyr, uşaqlar belə bir qərarla razılaşmırlar” deyib. Prezident "Vaqner"in taleyi ilə bağlı digər təkliflərin təfərrüatlarını açıqlamayıb.

 

"Vaqner" özəl hərbi şirkətinin döyüş bölməsi kimi qalıb-qalmayacağı ilə bağlı suala cavab olaraq prezident qeyd edib ki, bu təşkilat Rusiyada formal olaraq ümumiyyətlə mövcud deyil.

 

Putinin sözlərinə görə, Rusiyada PMC-lərin (özəl hərbi şirkətlər) faktiki leqallaşdırılması ilə bağlı ayrıca məsələ var. “Ancaq bu, Dövlət Dumasında, hökumətdə müzakirə edilməli olan məsələdir”, - deyə dövlət başçısı əlavə edib.(Publika.az)


OXŞAR XƏBƏRLƏR

Trampın ad günündə hərbi parad baş tutacaq

ABŞ ordusu iyun ayında keçirilə biləcək genişmiqyaslı hərbi parad üçün hazırlıqlara başlayıb.    Sfera.az “Associated Press”nəşrinə ...

İctimai və Dövlət maraqlarının müdafiəsi: Azərbaycanda aktual yanaşmalar və tətbiq

İctimai və dövlət maraqlarının müdafiəsi, müasir cəmiyyətin və dövlətin sabitliyinin, davamlı inkişafının və hüquq sisteminin səmərəliliyinin təmin olunmasında ...

Nazirlikdən hava ilə bağlı əhaliyə- Müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə dey...

"Unibank" dayanıqlı maliyyə seminarları təşkil edib

"Unibank" tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maariflən...

Çiyələklər necə təmizlənməlidir: 3 asan ÜSUL

Çiyələkləri düzgün təmizləmək onların həm sağlam, həm də uzun müddət təzə qalması üçün əsas şərtdir.   Sfera.az xəbər verir ki, meyvə istehlakın...

İşlədiyi evdən oğurluq edən usta saxlanıldı

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-i...