Azərbaycana idxal edilən elektromobillər neçəyə başa gəlir?

Azərbaycana idxal edilən elektromobillər neçəyə başa gəlir?

Azərbaycana idxal edilən yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (elektromobil) sayı sürətlə artır. 


Sfera.az xəbər verir ki, ilin birinci yarısında xaricdən 1 124 ədəd elektromobil gətirilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,35 dəfə çoxdur. Ötən ilin birinci yarısında 153 ədəd elektromobil gətirilmişdi. Müqayisə göstərir ki, bu ilin eyni dövründə gətirilən elektromobillərin sayı 971 ədəd artıb. 


Bəs ölkəmizə idxal edilən elektromobillər neçəyə başa gəlir?


Rəsmi gömrük məlumatlarına əsasən, bu il idxal edilən elektromobillərin statistik dəyəri, yəni alış qiyməti 46,836 milyon dollar olub. Orta hesabla bir elektromobilin qiyməti 41,7 min dollara və ya 70,84 min manata yaxındır. 


Digər minik avtomobilləri ilə müqayisədə elektromobillər daha bahadır. Ölkəmizə idxal edilən minik avtomobillərinin birinin orta qiyməti 15,1 min dollar, hibrid avtomobillərin orta dəyəri isə 21,8 min dollardır. 


Elektromobillərin digər avtomobillərdən baha olması onların daha çoxunun yeni olması ilə bağlıdır. Yeni elektomobillərə marağın yüksək olması qanunvericilikdəki yeniliklə bağlıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, istehsal tarixi 0-3 il olan elektromobillərin idxalına görə rüsum və vergi alınmır. Gömrükdə yalnız xidmət haqqı alınır ki, onun da məbləği 100-500 manat arasında dəyişir. 


Buna görə də avtomobil almaq istəyənlər yeni istehsal olunmuş elektromobillərə üstünlük verir. 


Gömrükdə vergi və rüsumların tutulmaması insanlara daha bahalı elektromobil almağa imkan yaradır. Bu ilin əvvəlinə qədər alıcı xaricdən elektromobil aldıqda onun statistik dəyərindən başqa gömrükdə rüsumunu da ödəyirdi. Ötən il bir elektromobilə 28 min dollar ödənmişdi. Rüsum statistik qiymətə yox, gömrük dəyərinə əsasən hesablandığından avtomobilin qiyməti 32-33 min dolları ötürdü. 


2023-cü ildən rüsum da ləğv olunduğundan alıcı qiyməti daha yüksək olan avtomobilləri almağa başlayıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...