Gömrükdə toplanan vəsaitlərin 75 faizi vergilərdir

İqtisadiyyat
11:26 / 14.07.2023
4896
2023-cü ilin birinci yarısında Azərbaycan gömrüyündə toplanan vəsaitlərin 75 faizi müxtəlif növ vergilərin hesabına əldə edilib.
Sfera.az xəbər verir ki, ilk 6 ayda gömrük ödənişlərinin məbləği 3,075 milyard manatdan çox olub.
Bu məbləğin 2,186 milyard manatını (71 faiz) əlavə dəyər vergisi (ƏDV) təşkil edib.
Gömrükdə alınan aksiz vergisindən 97,4 milyon manat, yol vergisindən 23,1 milyon manat vəsait toplanıb. Ümumilikdə 2,306 milyard manat məbləğində vergi toplanıb ki, bu da cəmi gömrük daxilolmalarının 75 faizini təşkil edib.
Gömrük daxilolmalarının 769 milyon manatı isə gömrük rüsumlarından ibarət olub.
Vasif