İranla Azərbaycan arasında yeni “DÜYÜN”: İsrail səfirliyinə hücumun pərdəarxası

İranla Azərbaycan arasında yeni “DÜYÜN”: İsrail səfirliyinə hücumun pərdəarxası

İsrail bir neçə gün əvvəl Bakıda səfirliyə hücum planlaşdırmaqda şübhəli bilinən 23 yaşlı Əfqanıstan vətəndaşının həbs edilməsinə reaksiya verib. Belə ki, İsrailin xarici işlər naziri Eli Kohen Serbiyaya səfəri zamanı bu barədə danışıb. O, sözügedən hadisə ilə bağlı Tehranı günahlandırıb. "İranın İsrailin Azərbaycandakı səfirliyinə hücum planının qarşısı alınıb. İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük. İran hücuma cəhd edən terror hücrəsini maliyyələşdirib və ona göstərişlər verib. Beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün bir araya gəlməyə çağırıram", deyə o qeyd edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Tehranla Tel-Əviv arasındakı münasibətlər məlumdur və İsrail bütün fürsətlərdən öz xeyrinə istifadə etməyə, İranı “vurmağa” çalışır:

 

“Azərbaycanın hər iki dövlətə münasibəti kimsəyə sirr deyil. Amma mövcud münasibətlərə rəğmən, rəsmi Bakı bütün hallarda soyuqqanlı davranmalıdır.  Sözügedən məsələ ilə bağlı araşdırmalar davam edir. Yəqin ki, istintaqın nəticəsində daha çox qaranlıq məqama aydınlıq gətiriləcək. Hələlik isə bizim rəsmi Tehranı ittiham etməyimiz üçün heç bir əsasımız yoxdur. Yox, terror aktına cəhdin İrandan idarə oldunduğuna dair tutarlı faktlar üzə çıxarsa, onda “işin rəngi dəyişəcək”. Çünki İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəmizə sonuncu səfərindən sonra münasibətlərin normallaşmasına ümid yaranmışdı”.

 

Ekspert qeyd edib ki, əfqan əsilli terrorçuya tapşırıq İrandan verilibsə, bu, Tehranın Bakı ilə münasibətlərdə səmimi olmadığını göstərəcək: “Hələlik isə səbirli olmaq lazımdır. Çünki Azərbaycanla İran arasında gərginliyin davam etməsini istəyənlər də var”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl DTX-nin yaydığı məlumata əsasən, Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...