Yarım metrlik quyruğu olan oğlana tanrı kimi ibadət edirlər - FOTO

Yarım metrlik quyruğu olan oğlana tanrı kimi ibadət edirlər - FOTO

Hindistanda 61 santimetr uzunluğunda "quyruğu" olan 14 yaşlı Sureş adlı oğlana qonşuları hindu meymun tanrısı kimi sitayiş edirlər. Sureşin uşaqlıqdan bəri belinin aşağı hissəsindən qəribə bir tutam qara tük bitib.
 

Sfera.az bildirir ki, Hindistanda Barvani şəhərinin sakinləri Sureşi uzun meymun quyruğu olan hindu tanrısı Şri Hanumanla müqayisə ediblər. Qeyd edək ki, “Hanuman Hindu” dastanı Ramayananın mərkəzi personajlarından biridir.
 

Bəzi həkimlər oğlanın “quyruğu"nun nadir bir genetik pozuntunun nəticəsi olduğu fikrini irəli sürür, baxmayaraq ki, digər ekspertlər bunun ananın hamiləliyi zamanı qida çatışmazlığından qaynaqlandığını düşünürlər.


Böyük qardaşın dediyinə görə, ataları Sureşin cəmi beş yaşı olanda quyruğunu kəsdirməyə çalışıb. Nəticədə oğlan xəstələnib. İllər keçdikcə oğlanın kürəyindəki tüklər böyüyüb. İndi isə hörüldükdən sonra tükün uzunluğu 61 santimetrdir.
 

Hətta bəzi qonşuları Süreşə tanrı kimi pərəstiş etsələr də, bəziləri ona istehza ilə baxır. İndi yeniyetmə çarəsiz şəkildə quyruqdan qurtulmağa çalışır, amma təəssüf ki, həkimlər ona kömək edə bilməyəcəklər.
 

Sureş deyir ki, qəribə tük topası təkcə insanların ona güldükləri üçün deyil, həyatına da təsir edir. Quyruq onu qıcıqlandırır, yatmasına, paltar geyinməsinə mane olur. Bundan əlavə, oturmaq və ya ayağa qalxmaq ağrı verir. Sureş dərslərinə diqqətini cəmləməkdə çətinlik çəkdiyini bildirir.


Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...