Putin taxıl müqaviləsinin uzadılması üçün ŞƏRT QOYDU

Dünya
22:38 / 13.07.2023
6880
"Rusiya taxıl müqaviləsini uzatmaq barədə düşünmək niyyətindədir".
Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, hələ bir-iki gün var.
“Biz bunu bizə verilən vədlər yerinə yetirildiyi anda uzadacağıq”, - Putin bildirib.
Putin qeyd edib ki, indiyədək İstanbul razılaşmaları çərçivəsində Rusiya üçün heç bir iş görülməyib. O, vəziyyəti “birtərəfli oyun”la müqayisə edib.
Onun sözlərinə görə, Rusiya könüllü olaraq taxıl sövdələşməsini dəfələrlə uzadıb, amma indi kifayətdir.