TİBDƏ YENİLİK: kişilər də doğuş həbi istifadə edəcək

TİBDƏ YENİLİK: kişilər də doğuş həbi istifadə edəcək

İngiltərəli elm adamları cütlüklərin cinsi həyatı ilə bağlı yeniliyə imza atıblar. Onlar spermanın aktivliyini dayandırmağın çarəsini tapıblar. Bu isə tibbi inqilablardan biri hesab edilir. Artıq kişilər də doğuş həbləri istifadə edə biləcəklər.

 

Aile.lent.az xarici mediaya istinadən kişi doğuş həbləri haqda yazını təqdim edir.

 

Araşdırma qrupuna başçılıq edən professor John Houel deyib ki, kişilər həbləri cinsi əlaqədən əvvəl qəbul edəcək. Nəticədə həb sayəsində qadın hamilə qalmayacaq: "Həb 5 dəqiqə ərzində dərhal təsirini göstərir. Hazırda həblərin yaradılması üzərində işlər davam edir. Kişi doğuş həblərinin 2021-ci ildə bazara çıxarılacağı gözlənilir. Bir çox ölkələrdə hər 4 qadından 1-i öz istəyi xaricində hamilə qalır. Bu üsul qadınları arzuolunmaz hamiləlikdən qoruyacaq”.

 

Mütəxəssis bildirir ki, ümumiyyətlə, doğuş həbləri uşaq sahibi olmamaq mənasını vermir, üstəlik, ana-körpə sağlamlığı baxımından çox əhəmiyyətlidir. Doğuş həbləri plansız reallaşan hamiləliklərdə riskləri azaldır və ailənin xoşbəxtliyi üçün vacibdir. Yeni nəsil doğuş həbləri isə günü-gündən təkmilləşdirilir: "Qadınların doğuş həbləri ilə bağlı yanlış anlayışları olduğundan onu qəbul etmək istəmirlər. Yeni nəsil doğuş həblərində estrogen dozaları azaldılıb, sızanaq və tüklənməni aradan qaldırır, dərini gözəlləşdirən maddələrlə zənginləşdirilir. Çəki artırmayan, şiş azaldan yeni nəsil doğuş həbləri artıq bazara təqdim olunub. Bu həbi 28 gün davamlı istifadə edən qadın hamilə qalmır”.

 

Mütəxəssislər daha da əhəmiyyətli məqama toxunublar. Onlar bildirirlər ki, qadın doğuş həbləri doğru və nizamlı istifadə edildikdə həyat keyfiyyətini və ömrü uzadır. Son aparılan araşdırmalar sübut edib ki, doğuş həbləri ümumi xərçəng riski və bütün səbəblərə bağlı ölümlərdə 10 faiz azalma təmin edir. İngiltərədə Oksford Universiteti tərəfindən həyata keçirilən və The Lancet Oncology tərəfindən aparılan tədqiqat isə doğuş həblərinin faydalarını bu cür sıralayıb:

 

* Yumurtalıq və uşaqlıq xərçəngi riskini 50-60 faiz azaldır

* Menstruasiya dövrünü tənzimləyir

* Menstruasiya qanaması miqdarını azaldır

* Menstruasiya əvvəli gərginliyi aradan qaldırır

* Menstruasiya ağrılarını azaldır

* Aknelərə yaxşı təsir edir

* Tüklənməni azaldır

* Dəri və saç gözəlliyini təmin edir

* Pelvik inflamatuar xəstəliyinə qarşı qoruyur

* Over kistaları və miomanı azaldır

* Xoşxassəli döş xərçəngi riskini azaldır

* Uşaqlıqdankənar hamiləliyə mane olur

* Şişazaldıcı təsir göstərir

* Sümük möhkəmliyini artırır, sümük əriməsini azaldır

* Yumurtalıq kistaları və döşlərdəki fibrokistik xəstəliklərin qarşısını alır.(LENT.AZ)

 

 

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...