PAŞA Malls “Dəniz Karnavalı”nın başlamasını böyük məmnuniyyətlə elan edir! - FOTOLAR

PAŞA Malls “Dəniz Karnavalı”nın başlamasını böyük məmnuniyyətlə elan edir! - FOTOLAR

Müxtəlif ticarət mərkəzləri portfelini özündə birləşdirən PAŞA Malls “Dəniz Karnavalı”nın başlamasını elan edib.

 

Sfera.az xəbər verir ki, karnaval 15 iyul, 19:00 tarixində Bakı Bulvarındakı Saat Qülləsindən start götürəcək və Dəniz Mall-a doğru irəliləyəcək.

 

20:00-dan etibarən sevilən ifaçı HİSS öz ifaları ilə səhnəni bəzəyəcək. Möhtəşəm karnaval şənliyi bol əyləncə, endirimlər, xüsusi konsert proqramı davam edəcəkdir. Karnavala təkcə sənətçilər və müğənnilər deyil, Dəniz Mall ticarət mərkəzindəki bir çox mağazalar da hazırlaşır. Onlar sizə ən dəbli məhsullarda unikal endirimlər təklif edəcəklər. Bu, qarderobunuzu yeniləmək, özünüzə və yaxınlarınıza gözəl hədiyyələr əldə etmək üçün əla şansdır. Bütün karnaval əyləncə və sevinc atmosferində olacaqdır. Siz karnaval iştirakçılarının parlaq geyimlərindən, şən rəqslərindən və bayram musiqisindən həzz ala bilərsiniz. Dəniz Mall-da möhtəşəm karnaval paradına gəlmək və onun bütün sevinc və əyləncə ab-havasını hiss etmək fürsətini qaçırmayın.

 

Karnavalda iştirak ödənişsizdir.

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...