Hamı bu qəzadan danışır... - Kimdir günahkar? + VİDEO

Hamı bu qəzadan danışır... - Kimdir günahkar? + VİDEO

Bülbül prospektində piyadanın vurulması ilə nəticələnən yol qəzasının görüntüləri geniş müzakirələrə səbəb olub.

 

Sfera.az xəbər verir ki, DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı görüntüdə piyada keçidindən kənarda yolu keçən yaşlı qadının avtomobil tərəfindən vurulması əks olunub. Hadisə vaxtı piyadanın avtomobillərin hərəkətinə diqqət göstərməməsi, sürücünün isə piyadanı görmürmüş kimi hərəkətini davam etdirməsi diqqət çəkib.

 

“Sahil” metrostansiyasının yaxınlığında baş verən hadisə barədə fikirlərini yazan sosial şəbəkə istifadəçiləri piyadanın məsuliyyətsizliyini vurğulayıblar. Bir çoxları isə avtomobil sürücüsünün qəzadan yayınmasının mümkün olduğunu qeyd edib.

 

Qeyd edək ki, “Yol Hərəkəti Haqqında” Qanuna əsasən təyin edilməmiş yerlərdən yolu keçən piyadalar məsuliyyət daşıyırlar və 20 manat cərimə edilirlər.

 

Bununla belə mövcud qanunvericiliyə görə piyada təyin edilməmiş ərazidən yolu keçsə də belə, onu vuran sürücü piyadanın ölümü və ya xəsarət aldığı hallarda cinayət məsuliyyətinə cəlb edilirlər. Belə ki, qanunvericilik sürücülərin qəzadan yayınma imkanlarının mümkünlüyünü nəzərə alaraq onların məsuliyyətini müəyyən edir.

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...