“Cavanşir Məmmədovun qızı ilə imam nikahım var” - VİDEO

“Cavanşir Məmmədovun qızı ilə imam nikahım var” - VİDEO

Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin qeyri-rəsmi nikah münasibətində olduğu keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Mustafa İbili arasındakı qalmaqal davam edir. 

 

Sfera.az xəbər verir ki, “Təsir dairəsi” verilişinə gələn Mustafa Xatirənin onu aldatdığını, onunla ailə quracağını deyərək bahalı hədiyyələr aldırdığını iddia edib. 

 

C.Məmmədov Mustafanın dediklərini inkar edərək qızının onunla heç bir əlaqəsinin olmadığını deyib. 

 

Mustafa “Cavanşir bəy, bizim Xatirə ilə kəbinimiz var. Özü də iki dəfə kəbin emişik. Biri burada olub. Türkiyədə Sultan Ahmet məscidində isə imam nikahı etmişik. Bununla bağlı səs yazılarımız da var”, - deyə bildirib.

 

C.Məmmədov isə “varsa, sübut et”, - cavabını verib.

 

Qeyd edək ki, C. Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək M. İbili tərəfindən aldadıldığını bildirib. Müğənni iddia edib ki, M. İbili ondan 13.000 manat və 126.500 dollar pul alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mustafa “Təsir dairəsi”nə gələrək yardım istəyib.

 

C. Məmmədovla keçmiş kürəkəni arasında pul davası bir müddət əvvəl “Qafqazinfo”da yayımlanmışdı.

 


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...