Rusiyalı general vəzifəsindən uzaqlaşdırılıb - SƏBƏB

Rusiyalı general vəzifəsindən uzaqlaşdırılıb - SƏBƏB

Rusiyalı general vəzifəsindən uzaqlaşdırılıb.

 

Sfera.az bildirir ki, general-mayor İvan Popov cəbhədəki ağır vəziyyət barədə hərbi rəhbərliyə məlumat verdikdən sonra komandanlıqdan kənarlaşdırıldığını deyib.

 

Popovun səsli müraciətini çərşənbə günü Rusiya Dumasının deputatı, istefada olan general-polkovnik Andrey Qurulyov yayımlayıb. Popovun mesajı nə vaxt qeyd etdiyi və ya onu kimə göndərdiyi bəlli deyil. Lakin Popovun burada adlarını çəkmədən Valeri Gerasimov və Sergey Şoyqunu günahlandırdığı eşidilib.

 

“Bu gün bir çox alay və diviziya komandirlərinin dediyi kimi, ordumuz cəbhədə darmadağın edilməyib. Lakin ən yüksək rütbəli komandirimiz arxamızdan zərbə endirdi, ən çətin dövrümüzdə ordumuza xəyanət etdi”, - Popov deyib. O, seçim qarşısında qaldığını söyləyib:

 

“Susmaq, qorxaq olmaq və ya olanları demək. Buna görə də onlar məndə hansısa təhlükə hiss etdilər, bir günün içində əmr verdilər və məndən xilas oldular”.

 

Hakim “Vahid Rusiya” partiyasının baş katibi Andrey Turçak Popovun açıqlamalarını şərh edərkən deyib ki, generalın vicdanı təmizdir.

 

"Rusiya belə generallarla fəxr edə bilər", - Turçak əlavə edib. Bununla belə, deputat audionu ilk dəfə yayımlayan Qurulyovu “siyasi şou yaratmaqda” ittiham edib. Rusiya Müdafiə Nazirliyi isə Popovun işdən çıxarılması ilə bağlı heç bir açıqlama verməyib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR