Göyçayda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi - FOTOLAR

Göyçayda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi - FOTOLAR

Heydər Əliyev Mərkəzinin konfrans zalında “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi.

 

Sfera.az xəbər verir ki, tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.

 

Heydər Əliyev Mərkəzinin konfrans zalında dəyirmi masa ətrafında başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

 

Dəyirmi masanı giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova bildirdi ki, bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli liderin ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul günü xalqımızın tarixi taleyində misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

 

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının  Mırtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Sahib Əsgərov, Qadın Resurs Mərkəzinin direktoru Vüsalə Məmmədova, Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Coşqun İsmayılov, Alxasava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xalid İsmayılov çıxış edib və Azərbaycan televizisiyasının hazırladığı “1969-cu ilin iyulunda Heydər  Əliyevin Azərbaycana rəhbər seçilməsi həyatın ritmini dəyişdir” adlı videoçarx nümayiş olunub.

 


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...