Rusiyalı general Sergey Surovikin YOXA ÇIXIB

Rusiyalı general Sergey Surovikin YOXA ÇIXIB

Rusiyalı general Sergey Surovikin “Vaqner” muzdlu qrupunun qiyamından sonra yoxa çıxıb.

 

Sfera.az “The Guardian”a istinadən bildirir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Surovkinin istirahət etdiyini deyib: “Onunla əlaqəm yoxdur. İndi məzuniyyətdədir. Bu, mümkün deyil”.

 

Nəşr xatırladıb ki, Surovikinin “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə yaxın əlaqələri olduğu bildirilir. “ABŞ kəşfiyyatının iddiasına görə, Surovikinin Priqojinin başçılıq etdiyi silahlı üsyan barədə əvvəlcədən məlumatı olub”.

 

Digər tərəfdən, rus mediasında Surovkinin həbs edilməsinə dair məlumatlar yayılmışdı. Lakin  onun "Matrosskaya Tişina" və "Kreml Mərkəzi" istintaq təcridxanalarında olmadığı bildirilib. Bu barədə Moskva şəhərinin İctimai Monitorinq Komissiyasının katibi Aleksey Melnikov teleqram kanalında qeyd edib. O, əlavə edib ki, Lefortovo istintaq təcridxanasında generalın müavini də yoxdur.

 

“The Guardian” həmçinin, Priqojinin yeri ilə bağlı da məlumat paylaşıb: “Şəxsi təyyarəsinin uçuş izləmə məlumatları onun Moskva və Sankt-Peterburq arasında bir neçə dəfə uçduğunu göstərib”, deyə nəşr bildirib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...