Göyçayda şəhid Eldar Şirinovun adını daşıyan küçənin açılışı oldu - FOTOLAR

Göyçayda şəhid Eldar Şirinovun adını daşıyan küçənin açılışı oldu - FOTOLAR

12 iyul 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay rayonun Çərəkə kəndindən olan Eldar Şirinovun adını daşıyan küçənin açılış mərasimi olub.

 

Sfera.az xəbər verir ki, rayonun küçələrindən birinə verilən şəhidin adının açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi polkovnik Pərviz Feyzullayev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak edirdilər.

 

Açılış zamanı tədbir iştirakçıları 2020-ci ilin sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin unudulmayacağını vurğulayıblar.

 

Sonra şəhidin ailə üzvləri küçənin girişində yerləşdirilmiş xatirə lövhəsinin üzərindən ağ örtüyü götürüblər.

 

Şəhidin ailə üzvləri Eldar Şirinovun xatirəsinə göstərdikləri ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... - Həkim yayılan xəstəlikdən DANIŞDI

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə düşməyən, b...

Ölü insandan istifadə edirlər: Hollivud ulduzlarının qorxulu estetik tendensiyası - FOTO

Son dövrlərdə Hollivud ulduzları arasında sürətlə yayılan “Renuva” adlı estetik prosedur dünya mediasının və ictimaiyyətin diqqət mərkəzinə çevrilib...

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki...

Mayın 9-da Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan ...

Ermənistanda 9 polis həbs olundu

Ermənistanın Vaqarşapat (Eçmiədzin) şəhərində 9 polis həbs olunub.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. &n...

Birinci liqada futbolçulara ağır cəza

AFFA Azərbaycanın I Liqasında çıxış edən “Cəbrayıl”ın futbolçusunu 3, “Difai” və “Mingəçevir” klublarının oyunçularını isə 4...

Hacı Salmana hökm oxundu

Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etmiş ilahiyyatçı Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə prosesi ...