“Vaqner” muzdluları afrikalılara qarşı Çinə kömək etdilər

Dünya
11:58 / 13.07.2023
5162
“Vaqner” muzdluları Çinə kömək edib.
Sfera.az bildirir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb. Qeyd olunub ki, sözügedən muzdlu dəstə bir qrup çinli mədənçini afrikalı silahlılardan xilas edib. Hadisə iki həftə əvvəl Mərkəzi Afrikada baş verib.
Nəşrdə yazılıb ki, Bambari şəhərində silahlıların hücumunun hazırlanması barədə kəşfiyyat məlumatı alınıb. Ardınca Çin səfirliyi yardım üçün “Vaqner”ə müraciət edib. Ertəsi gün muzdlular şaxtanın yerləşdiyi əraziyə gəlib. Onlar cəngəllikdə gizlənən 12 işçini taparaq Bangui şəhərinə təxliyə ediblər.
“South China Morning Post”un məlumatına görə, Çindən gələn diplomatik nümayəndəliklər və dövlət müəssisələri tez-tez özəl hərbi şirkətlərin köməyinə müraciət edirlər.
Türkan