"Narışkin kimi adamlarla..." - Ukraynadan Rusiya ilə danışıqlar aparan ABŞ -yə SƏRT REAKSİYA

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin amerikalı həmkarı ilə müzakirələr aparıb.

 

Sfera.az bildirir ki, bu barədə Narışkin “TASS”a açıqlama verib. Belə ki, o, “Vaqner” üsyanından sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsə zəng edib. Narışkinin sözlərinə görə, təxminən bir saat davam edən danışıqların əsas müzakirə obyekti sözügedən qiyam və Ukrayna olub:

 

“Amerikalı həmkarımla telefon danışığı 24 iyunda olub. Söhbətin əsas hissəsi Ukrayna ətrafında baş verən hadisələrin müzakirəsinə yönəlmişdi”.

 

Narışkin həmçinin bildirib ki, müharibə ilə bağlı danışıqlar nə vaxtsa mümkün olacaq.  “TASS” agentliyi bunun onun Börns ilə söhbətinin bir hissəsi olub-olmadığını dəqiqləşdirməyib. “Danışıqların gec-tez baş tutmasının mümkünlüyü faktı təbiidir. Çünki istənilən münaqişə, o cümlədən silahlı münaqişə danışıqlarla başa çatır, lakin onlar üçün şərait yetişməlidir", - deyə o söyləyib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə onun sözlərini şərh etməkdən imtina edib.

 

Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak  “Reuters” agentliyinə sözügedən açıqlama ilə bağlı danışıb. “Bu gün Narışkin kimi birinin bu müharibənin necə bitəcəyi ilə bağlı rıçaqları yoxdur”, - o söyləyib. Podolyak bildirib ki, Rusiya müharibədə uduzur və Narışkin kimi insanlarla danışıqlar aparıla bilməz.

 

Qeyd edək ki, Börns və Narışkin keçən ilin noyabrında Ankarada görüş keçiriblər. Bundan sonra ABŞ rəsmiləri Börnsün heç bir növ danışıqlar aparmadığını  və Ukrayna müharibəsinin həll yollarını müzakirə etmədiyini israrla bildirib. 

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...