Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda doqquz marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumatda qeyd olunur ki, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb.

Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də dəyişiklik edilib.

Məqsəd, sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Hacıqabul rayonunun altı kəndində 1 545 abonentin qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İs...

Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralandı

Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb.   Sfera.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.  ...

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə b...