İmtahanda ən yüksək balı bu müəllimlər topladı - FOTO

İmtahanda ən yüksək balı bu müəllimlər topladı - FOTO

Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.

 

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Sfera.az-a bildirilib ki, test imtahanı mərhələsində coğrafiya fənni üzrə ən yüksək balı Aidə Daşdıyeva (100/92,5), Aytac İsgəndərli (100/92,5) və Röyal Kərimov (100/91,25), tarix fənni üzrə isə ən yüksək balı Kamran Xəlilov (100/93,75), Günel Salmanova (100/91,75) və Rəhman Süleymanlı (100/91,75) toplayıblar.

 

Xatırladaq ki, bu gün keçirilən test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub.

 

Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.

 

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...