Məşhur iş adamı ilə general arasında məhkəmə çəkişməsi yeni mərhələdə - Nə baş verib?

Məşhur iş adamı ilə general arasında məhkəmə çəkişməsi yeni mərhələdə - Nə baş verib?

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi general Adil Əliyevlə iş adamı Hacı İbrahim Nehrəmli arasında məhkəmə çəkişməsinin apellyasiya mərhələsi başlayır. 

 

Sfera.az xəbər verir ki, apellyasiya şikayətini Adil Əliyev verib. Birinci instansiya məhkəməsinin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumat olmasa da, generalın şikayətçi olması onu deməyə əsas verir ki, qərar onu qane etməyib. 

 

Adil Əliyevin şikayətinə Bakı Apellyasiya Mərhələsində Elnur Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. Hacı İbrahim Nehrəmlinin sahibi olduğu "Avesta Konserni” MMC də iş üzrə cavabdeh qismində cəlb edilib. 

 

Adil Əliyevlə Hacı İbrahim Nehrəmli arasında mübahisə 2019-cu ildən davam edir. Həmin vaxt iş adamının mediaya verdiyi açıqlamadan məlum olur ki, Adil Əliyev sonradan "Avesta Konserni” MMC-yə birləşdirilən "Tərəqqi” MTK-nın inşa etdiyi yaşayış binasından 5 mənzil alıb. Adil Əliyevin şikayəti mənzillərin ölçülməsi metodikası barədədir. İş adamının qalmaqal barədə mediaya verdiyi açıqlamadan müəyyən hissələri təqdim edirik: 

 

"Adıçəkilən şəxsin (Adil Əliyevi nəzərdə tutur-red) 5 il gözləyib, daha sonra mənzilin ölçülərinin hesablama metodikasından şikayət edib, həm sahibkara, həm məhkəmə sisteminə, həm də dövlət ekspertizasına təzyiqlər etməsi və şantaj yolu ilə külli miqdarda pul, 100 min dollar və 60 min manat tələb etməsi dövlət məmuru adına tamamilə ziddir.

 

Məlumat üçün qeyd edim ki, sözügedən mənzillər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əməkdaşları üçün tikilib. Adil Əliyev isə dövlətin təklif etdiyi güzəştlərdən sui-istifadə etməklə fərqli insanların adına güzəştli şərtlərlə 5 mənzil və 2 qaraj əldə edib. Təsəvvür edin, orta ranqlı dövlət məmuru şəhərin mərkəzi rayonunda yerləşən binadan 5 ədəd iri ölçülü mənzillər alır və mənzillərin hər kvadratı üçün orta hesabla 500 manat olmaqla ödəniş edir. Adil Əliyev buna hansı yolla nail olub, xəbərim yoxdur. Halbuki, Nazirlər Kabinetində çalışan və bu mənzilləri güzəştli şərtlərlə əldə etmək istəyən daha ehtiyaclı və layiqli insanlar var. Əslində, Adil Əliyevin ödədiyi məbləği ona qaytarıb, mənzilləri eyni şərtlərlə həmin insanlara satmaq daha düzgün olardı”. 

 

Haci İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, həm də "Xəzər adaları” layihəsi ilə məşhurdur. 2015-ci ildə Beynəlxalq Bankla bağlı kredit qalmaqalında Hacı İbrahim Nehrəmlinin də adı keçirdi. Həmin vaxt yayılan məlumatlarda onun bankdan 1 milyarda manata yaxın kredit götürdüyü iddia edilirdi. Yeri gəlmişkən, "kredit qalmaqalı”ndan sonra Hacı İbrahim Nehrəmlinin əksər layihələri, o cümlədən "Xəzər adaları” dayandı.(Qaynarinfo)
 


OXŞAR XƏBƏRLƏR

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...

Azərbaycan Prezidenti Sudan səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb...

Ən çox sığorta haqqını hansı şirkətlər toplayır ? - Adlar

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.   Sfera.az Teleqraf-a ist...