Ərdoğan Putinin arxasından niyə çəkildi? – Ankaranın yönünü dəyişdirən ÜÇ SƏBƏB

Ərdoğan Putinin arxasından niyə çəkildi? – Ankaranın yönünü dəyişdirən ÜÇ SƏBƏB

Bu həftə Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvə toplantısında Prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO üzvlüyünə “yaşıl işıq” yandırmasından və Qərb düşərgəsini təmsil edən ölkələrin lideri ilə keçirdiyi faydalı görüşlərdən sonra “Wall Street Journal” nəşri maraqlı iddia ilə çıxış edib.

 

Sfera.az xəbər verir ki, qəzet araşdırma məqaləsində Ərdoğanın tədricən Putundən uzaqlaşmağa başladığını yazıb. “Wall Street Journal” buna səbəb kimi Türkiyənin iqtisadi problemlərinin ağır olmasını, onların həllinin Qərbdən asılı olmasını, eyni zamanda Rusiyanın müttəfiq kimi zəifləməsini göstərib.

 

Şərhə görə Ərdoğan xarici siyasətində Qərbə yönəlib və bu, Ukrayna müharibəsində qüvvələr balansına təsir edə bilər:

 

“Ərdoğan pisləşən iqtisadiyyata dəstək tapmaq üçün ABŞ və onun qərbli müttəfiqləri ilə əlaqələrini gücləndirməyə çalışır. Türkiyə prezidentinin ötən həftə Ukrayna lideri Zelenskini qəbul etməsi, İsveçin NATO-ya üzv olmasına şərait yaratması, bu ölkənin ABŞ və Avropa ilə münasibətlərini yumşaldacaq, eyni zamanda “F-16”ların alışına, modernləşdirilməsinə razılığın əldə edilməsinə şərait yaradacaq”.

 

Qəzet məqaləsində münasibətlərin yaxşılaşmasında Qərbin tələsmədiyini də vurğulayır.

 

“Qərb Ərdoğanı yoxlayacaq. Onun münasibətlərin yaxşılaşmasında nə dərəcədə səmimi olduğunu öyrənməyə çalışacaq”, - yazılan məqalədə ekspertlər Ərdoğanın Qərbə yaxınlaşmasının arxasında üç əsas səbəb görürlər:

 

“Birinci səbəb Putinin zəifləməsidir. “Vaqner”in üsyan cəhdindən sonra Ərdoğan Putinin zəiflədiyinə əmin olub. Artıq Ərdoğan Rusiya liderinə görə Qərblə əlavə problemlər yaşamaq istəmir.

 

İkinci səbəb Türkiyə iqtisadiyyatında vəziyyətin pisləşməsi və xarici valyutaya artan tələbin ödənilə bilinməməsidir. Ərdoğan böyük məbləğdə xarici valyutanın yalnız Qərbdən əldə ediləcəyinə əmin olub.

 

Üçüncü səbəb isə Qərblə münasibətlərin pisləşməsindən sonra Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin iflasa uğramasıdır”.

 

Qəzetə danışan ekspertlərin iddiasına görə sadalanan amillər Ərdoğanı Qərblə yaxınlaşmağa vadar edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...